Rusiyanın Xalq artisti, tanınmış dirijor Valeri Gergievin iyulun 27-də İtaliyada baş tutmalı olan çıxışı ləğv olunub.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti-yə “Kralların yayı” musiqi festivalının mətbuat xidməti təsdiqləyib. Qurumdan bildirilib ki, festival rəhbərliyi konsertin ləğvi ilə bağlı məlumat verib, lakin səbəblə bağlı heç bir təfərrüat açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl TASS Gergievin, eləcə də bəstəkar İqor Krutoy və dirijor Vladimir Spivakovun “Mirotvorets” adlı Ukrayna saytının ekstremistlər bazasına daxil edildiyini xəbər vermişdi.
DOĞRU.AZ