Venesuela prezidenti Nikolas Maduro ölkəsinin tezliklə Çinin kosmik missiyası çərçivəsində ilk astronavtlarını Aya göndərəcəyini bildirib.
Phys.org France-Presse agentliyinə (AFP) istinadən xəbər verir ki, bu barədə o, Pekində səfəri zamanı Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinlə görüşü zamanı bildirib.
Maduronun sözlərinə görə, Venesuela öz astronavtlarını Çin kosmik gəmisi ilə Aya göndərmək üçün Çinin kosmik təlim mərkəzlərində öyrətməyə razılaşıb.
Agentlik Nikolas Madurodan sitat gətirir: “Venesuelalı gənclər çox yaxında Çin məktəblərində astronavt kimi təlim keçmək üçün buraya gələcəklər”.
Mənbə: A Haber