Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Vladimir Zelenski silah tədarükü tələb etməklə Qərb ölkələrini Ukrayna münaqişəsinə sürükləyir.
Volodinin sözlərinə görə, Zelenski uzaq mənzilli silahlar, raketlər tələb edəndə, həmçinin Rusiya ərazisinə zərbələri müzakirə edəndə Qərbi münaqişənin birbaşa iştirakçısına çevirir.
“Bütün bunlar ona gətirib çıxaracaq ki, ölkəmiz daha güclü və dağıdıcı silahlardan istifadə edərək, öz vətəndaşlarını müdafiə edərək cavab verməyə məcbur olacaq”.
Dövlət Dumasının spikeri qeyd edib ki, Zelenski Ukrayna xalqının təhlükəsizliyini düşünmür, o, sadəcə hakimiyyəti saxlamağa çalışır. Volodinin sözlərinə görə, Zelenski məhkəməni gözləyir.
Daha əvvəl irlandiyalı jurnalist Chey Bowes Zelensky-nin Ukraynada sülhün olmasında maraqlı olmadığını, çünki münaqişə bitdikdən sonra seçkilərdən qorxduğunu irəli sürmüşdü.
Mənbə RT rusca