image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-2backend

Vüqar İsayev: Məqsədimiz ziyarətçiləri ölkəmizin adət-ənənələri ilə tanış etməkdir

image-728x90px

Qobustan, 18 mart, Emil Məlikov, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğunda hər il Novruz şənliyi təşkil olunur. Novruz şənliyinin təşkilində əsas məqsəd qoruğumuza gələn ziyarətçiləri, əcnəbi qonaqları ölkəmizin adət-ənənələri, milli atributları ilə tanış etməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev deyib.

“Hazırda Novruz şənliyimiz böyük coşqu ilə keçirilir. Kəndirbazların, kosa-keçəlin, Bahar qızının, Ozan babanın çıxışları şənliyə rəng qatır. Burada, eyni zamanda, Azərbaycanın milli mətbəx nümunələri və gənc rəssamların əl işləri təqdim olunur. Hər il olduğu kimi bu il də müxtəlif əl işlərindən ibarət satış yarmarkası təşkil edilib. Həmçinin xüsusi rəngarəng musiqili proqramla bayram əhvali-ruhiyyəsini daha da artırmış oluruq”, – deyə qoruğun direktoru qeyd edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki