Vyetnam Sosialist Respublikası Milli Assambleyasının yeddinci sessiyasında ölkə prezidenti vəzifəsinə yeni şəxs seçilib. Bu vəzifəyə hakim Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, ictimai təhlükəsizlik naziri ordu generalı To Lam seçilib.
Onun seçilməsi ilə bağlı qərarı ölkənin ali orqanı olan Milli Assambleyanın deputatlarının böyük əksəriyyəti dəstəkləyib.
1957-ci il təvəllüdlü To Lam dövlət təhlükəsizliyi sahəsində böyük təcrübəyə malikdir və bu sahədə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həmçinin 1981-ci ildən Vyetnam Kommunist Partiyasının üzvüdür və dövlətin siyasi həyatında fəal iştirak edib.
Mənbə: A Haber