image-ads_n1karobka_mobile
image-69d8a0ab02e8bd71ce56af0dbackend

WhatsApp Durovun ittihamlarına cavab verdi

WhatsApp, Telegram-ın qurucusu Pavel Durovun messencerin təhlükəsizliyi ilə bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Doğru.az xəbər verir ki, açıqlamada platformanın standart olaraq şəxsi və qrup yazışmaları üçün başdan-başa şifrələmə təmin etdiyi vurğulanıb.

Şirkət qeyd edib ki, istifadəçilərin yazışmaları yalnız göndərən və qəbul edən tərəfindən oxuna bilər və bu məlumatlara üçüncü tərəflərin çıxışı mümkün deyil. Bundan əlavə, WhatsApp şifrələnmiş ehtiyat nüsxələrin də mövcud olduğunu xatırladıb.

Xatırladaq ki, Pavel Durov daha əvvəl WhatsApp-ın istifadəçi mesajlarını oxuduğunu və məlumatları üçüncü tərəflərlə paylaşdığını iddia etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki