image-n1karobka_ads
image-123
image-1751791809129backend

Xalq artisti Tünzalə Ağayeva autizmli uşaqlarla görüşdü – VİDEO

Xalq artisti və autizm səfiri Tünzalə Ağayeva növbəti dəfə sosial layihəyə dəstək göstərərək autizmli uşaqlarla görüş keçirib.

Doğru.az xəbər verir ki, tədbir “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Görüşdə Tünzalə Ağayeva ilə yanaşı, Əməkdar artist Xəyyam Nisanov və müğənni Azad Şabanov da iştirak ediblər. Sənətçilər gənclərlə birlikdə mahnılar ifa edib, rəqs ediblər və əyləncəli anlar yaşayıblar.

Gecənin yaddaqalan anlarından biri də Tünzalə Ağayevanın autizmli uşaqlarla birlikdə “Fərqliyəm” mahnısını səsləndirməsi olub. Pop ulduz həmin axşam həm də bir sıra sevilən hitlərini ifa edib və uşaqlara unudulmaz hisslər yaşadıb

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki