image-2000x150px
image-123
image-ads_atlas
image-bb94f87dcc7e6799d567090cbd3d412bbackend

Xalq artistinin qızı: “Atamın vəziyyəti ağırlaşıb, beyninə oksigen getmir” – FOTO

image-728x90px

“Atamın vəziyyəti daha da pisləşib”.

Bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.

Koronavirus testinin nəticəsinin hələ də açıqlanmadığını bildirən sənətkarın qızı atasının vəziyyətinin daha da ağırlaşdığını açıqlayıb. 

“Atamın beyninə oksigen getmədiyindən sağlamlıq vəziyyəti ağırlaşıb. Əlləri ilə başını sıxır. Hələ də yaxmanın nəticəsi bəlli deyil. Bir sözlə, “iynə üstündə”yik. Oturub testin cavabını gözləyirik. Zaman da atamın əleyhinə işləyir. Ona təcili tibbi yardım olunmalıdır ki, ağır vəziyyətdən çıxsın. Çox narahatçılıq keçiririk”.

Qeyd edək ki, Ənvər Həsənovun qızı Aytən Həsənova iddia edib ki, atası koronavirus xəstəsinin olduğu palatanın yanında yerləşdirildiyindən “Covid-19”a yoluxub.

O, həmçinin bildirib ki, Heydər Əliyev Fondu atasının müalicəsini öz üzərinə götürüb.

1662451622_1662451284_12.jpg (103 KB)

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki