image-n1karobka_ads
image-123
image-img-20251201-wa0092backend

Xankəndidə Laçın şəhəri günü qeyd olunub – FOTO

image-ad_qayo_720x110px

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə Laçın Şəhəri Günü münasibətilə təntənəli tədbir keçirilib.

Doğru.az xəbər verir ki, tədbir məktəb kollektivinin iştirakı ilə baş tutub və Vətənimizin qəhrəmanlıq tarixinin parlaq səhifələrindən biri kimi dəyərləndirilib.

Tədbirin aparıcısı, 4-cü sinif şagirdi Leyla Adıgözəlova çıxışında vurğulayıb ki, Laçın Şəhəri Günü təkcə bir bölgənin deyil, bütün Azərbaycan xalqının birliyinin və iradəsinin rəmzidir. O, Laçının yenidən dirçəlişinin milli ruhun və vətənə sədaqətin bariz nümunəsi olduğunu bildirib.

Tədbirdə Laçının tarixi, azadlığı uğrunda canını fəda etmiş qəhrəmanların xatirəsi və şəhərin müasir inkişaf mərhələsi xüsusi qeyd olunub.

Səhnədə təqdim olunan ədəbi-bədii kompozisiyalar, musiqi nömrələri və şagird çıxışları Laçının dünənini, bu gününü və gələcəyini əks etdirərək tədbirə xüsusi rəng qatıb. Şanlı üçrəngli bayrağımızın Laçın səmasında yenidən dalğalanması iştirakçılar tərəfindən böyük fəxarət hissi ilə qarşılanıb.

DOĞRU.AZ

image-img-20251201-wa0090 image-img-20251201-wa0091 image-img-20251201-wa0093

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki