Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” Çağırış kubokunda 1/16 finala yüksəlib.
Doğru.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1/32 final mərhələsində “TJ Spartak Mijava”nı mübarizədən kəmnrlaşdırın.
Razılaşmaya gör, hər iki oyun paytaxtımızda keçirilib. Bu dəfə ev sahibi qismində çıxış edən Slovakiya klubu bir setdə azarkeşlərini sevindirib. 3:1 hesabı ilə qalib gələn “Xarı Bülbül Şuşa” növbəti mərhələyə yüksəlib. Komandamız 1/16 finalda “Panatainakos”la qarşılaşacaq.
Qeyd edək ki, ilk oyun komandamızın 3:0 (25:23, 25:21, 27:25) hesablı qələbəsi ilə yekunlaşıb.
DOĞRU.AZ