Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişin hazırlanmasını başa çatdırıblar.
Bu barədə TASS yazır.
Qeyd olunur ki, məsləhətləşmələr nəticəsində ən yüksək səviyyədə ən yaxın ikitərəfli təmaslardan biri çərçivəsində sazişin imzalanmağa hazırlanması üçün zəruri olan dövlətdaxili prosedurların başlanması barədə razılıq əldə olunub.
“Ümid edirik ki, yaxın gələcəkdə biz bu həqiqətən tarixi hadisənin şahidi olacağıq” dedi Rudenko.
İyulun 22-də Rusiya və İran gəmilərinin iştirakı ilə Xəzər dənizində xilasetmə əməliyyatlarının aparılması və dəniz təhlükəsizliyinin təmin edilməsi üzrə təlimlər başlayıb.
DOĞRU.AZ