image-n1karobka_ads
image-123
image-1751964676366594923_1200x630backend

Xarici media filiallarının Media Reyestrinə daxil edilməsi sadələşdirilir

Milli Məclis iyulun 8-də keçirilən plenar iclasında “Media haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara, həmçinin Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Doğru.az xəbər verir ki, qəbul olunan dəyişikliklər Azərbaycanda fəaliyyət göstərən xarici media subyektlərinin filial və nümayəndəliklərinin qeydiyyatı və Media Reyestrinə daxil edilməsi prosedurlarının sadələşdirilməsini nəzərdə tutur.

Yeni tənzimləmələrə əsasən, Media Reyestrində qeydiyyatda olmayan çap mediasının ölkədə yayımına qadağa qoyulur, bu qaydanı pozanlara qarşı cərimələr tətbiq olunacaq.

Qanunla media subyektlərinin adlarının oxşar olmamasına, saxta məlumatların yayılmamasına və informasiya agentliklərinin fəaliyyət standartlarına dair tələblər də sərtləşdirilib.

Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanları media fəaliyyətində pozuntu aşkar etdikdə xəbərdarlıq və məhdudlaşdırıcı tədbirlər tətbiq edə biləcək. Qanunvericiliyin tələblərinə əməl etməyən filial və nümayəndəliklərin isə ləğv olunması nəzərdə tutulur.

Dəyişikliklərin məqsədi media sektorunda şəffaflığı artırmaq və hüquqi tənzimləməni gücləndirməkdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki