image-n1karobka_ads
image-123
image-695d7e1cae5ac920976505b9backend

Xorvatiya Ukraynaya qoşun göndərməyəcək

image-ad_qayo_720x110px

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib ki, ölkəsi “könüllülər koalisiyası” təşəbbüsü çərçivəsində Ukraynaya hərbi kontingent göndərməyəcək.

Doğru.az xəbər verir ki, hökumət başçısı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. O qeyd edib ki, atəşkəs və sülh razılaşması əldə olunduqdan sonra belə Xorvatiya əsgərləri Ukrayna ərazisində fəaliyyət göstərəcək çoxmillətli könüllü koalisiya qüvvələrinin tərkibində yer almayacaq.

Plenkoviçin sözlərinə görə, bu məsələ ilə bağlı Zaqrebin mövqeyi aydındır və dəyişməz olaraq qalır.

Xatırladaq ki, bundan əvvəl Rumıniya və Xorvatiya Ukrayna Silahlı Qüvvələri üçün silah alınması proqramına qoşulmuşdular.

Məsələyə Rusiya tərəfi də münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa Departamentinin direktoru Yuri Pilipson qeyd edib ki, Zaqreb Ukraynaya silah verməklə münaqişədə Moskvanın “cinayətkar Kiyev rejimi” adlandırdığı tərəfin mövqeyini dəstəkləyir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki