ALROSA aviaşirkətinə məxsus An-24 təyyarəsi Yakutiyanın Mirnı hava limanına enərkən şassosunu zədələyib.
Bu barədə Şərqi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
İlkin məlumatlara görə, eniş zamanı təyyarənin əsas eniş şassisi təkərləri qopub.
“Gəmidə 49 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarənin sərnişinləri və ekipajı xəsarət almayıb”, – prokurorluqdan aydınlıq gətirirlər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə RİA Novosti