image-n1karobka_ads
image-123
image-175294382886428394_1200x630backend

YAP nümayəndə heyəti Şimali Kipr parlamentini ziyarət edib

image-ad_qayo_720x110px

20 İyul – Sülh və Azadlıq Günü münasibətilə Lefkoşada səfərdə olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev və onu müşayiət edən nümayəndə heyəti Şimali Kipr Türk Respublikasının parlamentinə ziyarət edib.

Doğru.az xəbər verir ki, nümayəndə heyətini parlamentin sədri Ziya Öztürklər qəbul edib. Görüşdə iki qardaş ölkə arasında siyasi əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Ziya Öztürklər YAP ilə Şimali Kiprin Milli Birlik Partiyası arasındakı əlaqələri yüksək qiymətləndirib və bu əməkdaşlığın Türk dünyasının siyasi həmrəyliyinə mühüm töhfə verdiyini vurğulayıb.

Musa Quliyev isə parlament sədrini Sülh və Azadlıq Günü münasibətilə təbrik edib, Azərbaycan-Şimali Kipr münasibətlərinin daha da möhkəmlənəcəyinə inamını ifadə edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki