image-ads_n1karobka_mobile
image-upload-dsc_1988-pic905-895x505-85814backend

Yaponiya və Cənubi Koreya ABŞ-la radar sistemlərini birləşdirəcək

Yaponiya və Cənubi Koreya Şimali Koreyanın raketlərini izləmək üçün ABŞ-la radar sistemlərini birləşdirəcək, Reuters xəbər verir.

Qeyd edilir ki, Sinqapurda keçirilən Asiya Müdafiə Sammiti (IISS Shangri-La Dialogue) çərçivəsində razılaşma əldə edilməlidir. Qeyd edilir ki, hazırda ABŞ, Cənubi Koreya və Yaponiyanın radar sistemləri birləşib – ancaq öz aralarında, vahid sistemdə deyil.

Radar müşahidə sistemlərinin inteqrasiyası istəyi 2022-ci ilin payızından, KXDR öz qanadlı raketlərini aktiv şəkildə sınaqdan keçirməyə başlayandan sonra güclənib.

Doğru.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki