Yaponiya Hava Özünümüdafiə Qüvvələri və İtaliya Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.
Bu barədə Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin Baş Qərargahının saytında məlumat verilib.
Təlimlər İşikava prefekturasındakı Komatsu bazasında və ona bitişik hava məkanında keçirilir və avqustun 10-dək davam edəcək.
Qərargahdan verilən məlumata görə, onlara Yaponiyadan dörd F-15 qırıcısı və bir Boeing KC-767 yanacaqdoldurma təyyarəsi, dörd F-35A qırıcısı, üç Boeing KC-767 qırıcısı, Gulfstream biznes reaktivi G550 bazasında iki havadan erkən xəbərdarlıq təyyarəsi və bir C-130J hərbi-nəqliyyat təyyarəsi cəlb olunub.
Təlimlər çərçivəsində yerli sakinlərə narahatlıq yaratmamaq üçün manevrlərin gündüz saatlarında aparılacağı dəqiqləşdirilir. Təlim zamanı tərəflər taktiki qarşılıqlı fəaliyyətin işlənməsini, həmçinin pilotlar üçün bir sıra digər təlim tədbirlərinin keçirilməsini planlaşdırır.
Mənbə: BBC