image-2000x150px
image-123
image-ads_atlas
image-1588169874810_wfvnw4c4backend

Yardımlı rayonundan şikayətlərin ardı-arası kəsilmir – VƏTƏNDAŞ KİMDƏN NARAZIDIR !

image-728x90px
Son vaxtlar Yardımlı rayonundan şikayətlər gəlməkdə davam edir.  Rayon sakinlərini narahat edən problemlərin məsul şəxslər tərəfindən həll olunmaması, vətəndaşları medya-mətbuata üz tutmağa vadar edir. Redaksiyamıza yenidən Yardımlı rayonunun Ostair və Dəlləkli kənd sakinləri müraciət edərək problemlərinin işıqlandırılmasını xahiş ediblər. 

Doğru.az Ümid Tv-yə istinadən xəbər verir ki, rayon sakinlərinin müraciətini olduğu kimi dərc edirik. İnanırıq ki, aidiyyatı dövlət təşkilatları rayon sakinlərinin səsinə səs verəcəklər.  Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  Mövzunu diqqətdə saxlayacağıq.

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ NAZİRİ cənab Samir Şərifova.
Yardımlı rayonunun Ostair və Dəlləkli kənd sakinlərinin

MÜRACİƏTİ.

Cənab nazir ! ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV deyirdi ki, bir ağacı kəcən adam elə bil mənim balalarımın başını kəsir. Yardımlı şəhərinə bitişik olan  Dəlləklı və Ostair kəndləri necənci dətədir ki, qazlaşma ilə əlaqədər plana salınıb. Lakin, əlaqədər təşkilatların verdiyi məlumata görə Maliyə Nazirliyi tərəfindən maliyə vəsaiti ayrılmadığı ücn bu kəndlərin qazlaşmasına başlanmır. Bu kəndlər şəhərə tam bitişikdir. Şəhər sakinləri ilə qonşu olan bizim kənd sakinlərinin evləri arasında olan məsafə15-20 metrdir.Bir evdə qaz yanır, digərində isə odun və ya mal təzəyi yanacağından istifadə olunur. Bu kəndlər rayonun ən böyük yaşayış məntəqələrindəndir, 3000 nəfərə yaxın əhalisi var, strateji cəhətdən cox mühüm ərazidə yerləşir. Belə ki, bu kəndlərdən İranla aramizda olan  sərhəddə cəmi 6-7 km məsafə var.

Cənab Nazlr, möhtərəm Prezidentimizin dediyinə görə, respublikanın yaşayış məntəqələrinin 95 faizi qazlaşdırılmışdır. Yardımlı rayonunda 86 yaşayış məntəqəsi var və bu günə kimi onların cəmi 12- si qazlaşdırılıb ki, bu da 14 faizə bərabərdir. Buradan belə nəticəyə gəlmək olur ki, Azəriqaz İB  və digər əlaqədar təşkilatlar Yardımlıya son dərəcə ögey münasibət bəsləyirlər.

Biz Azərbaycan dövlətinə, Prezidentimizə həmişə sadiq olmuşuq və olacağıq. Ancaq bu ədalətsizliyə nə vaxtsa son qoyulmalıdır.
Sizdən xahiş edirik ki, Azəriqaz İB -nin Maliyyə Nazirliyi barəsində iddia etdikləri ittihamlara son qoymaq ücün bizim Dəlləkli və Ostair kəndlərinin qazlaşmasına görə maliyyə vəsaiti ayrılmasina göstəriş verəsiniz və bu kəndlərin qazlaşdırılmasına öz köməkliyinizi əsirgəməyəsiniz.

Əlaqə: 050 520 87 32

DOĞRU.AZ

image-screenshot_20210420-111245_snaptube

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki