image-n1karobka_ads
image-123
image-2-pic_32ratio_900x600-900x600-19945backend

Yəmən sahillərində naməlum gəmiyə hücum olub

image-ad_qayo_720x110px

Yəmənin Hudeydə limanından 76 dəniz mili (140,6 km) şimal-qərbdə gəmiyə hücum nəticəsində ziyan dəyib.

Bu barədə Kral Donanması yanında Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.

Qeyd olunur ki, kapitan gəminin liman tərəfinin naməlum obyektlə vurulmasından sonra cüzi ziyan gördüyünü təsdiqləyib. Hadisə “hücum” kimi qiymətləndirilir.

Hazırda gəminin və heyətin təhlükəsizliyi təmin olunub və gəmi növbəti limana doğru səfərini davam etdirir.

UKMTO gəmiləri ərazidə ehtiyatla hərəkət etməyə və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyə çağırıb

Mayın 10-da UKMTO naməlum şəxslərin Ədən körfəzində Britaniya gəmisinə hücum etdiyini bildirib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki