image-n1karobka_ads
image-123
image-1767346095140131334_1200x630backend

Yeni il bayramı günlərində DİN ölkəboyu gücləndirilmiş xidmət rejimində çalışır

image-ad_qayo_720x110px

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Yeni il bayramı günlərində gücləndirilmiş rejimdə xidmət aparır.

Doğru.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları şəhər və rayonlarda, işğaldan azad olunmuş ərazilərdə və magistral yollarda zəruri tədbirləri davam etdirir.

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, həmçinin piyada keçidlərində əlavə polis naryadları cəlb olunub. Gecə saatlarından etibarən yollar və yol nişanları qar və buzdan təmizlənir, təhlükəsizliyin təmin olunması üçün ərazilərə qum və duz səpilir.

Polis əməkdaşları vətəndaşlara zəruri köməklik göstərir və daxil olan müraciətlərə çevik reaksiya verirlər. Nazirlik bildirib ki, bu tədbirlər fasiləsiz olaraq davam etdiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki