Yeni Zelandiyada 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə TASS Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən yazır.
Zəlzələnin episentri təxminən 1,3 min nəfər əhalisi olan Hiks Bay şəhərindən 954 km şimalda olub. Mənbə 203 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: A Haber