image-2000x150px
image-123
image-ads_atlas
image-cb1a43bc9bd03437b4623a6e81d8d779-pic_32ratio_900x600-900x600-51875backend

Yenilənmiş Nissan Qashqai krossoverinin xarici görünüşü açıqlanıb

image-728x90px

Yaponiyanın Nissan şirkəti yenilənmiş Qashqai krossoverini buraxmağa hazırlaşır.

Bu barədə carscoops.com məlumat yayıb.

Yenilənmiş krossoveri onun yenilənmiş bamperləri, radiator barmaqlığı, fənərləri və hava girişlərindən tanıya bilərsiniz. Salonda 12,3 düymlük rəqəmsal alət paneli, doqquz düymlük sensor ekranlı məlumat-əyləncə sistemi və baş üstü ekranı olacaq. Bundan əlavə, oturacaqlar yeni materiallarla bəzədiləcək.

Yenilənmiş Nissan Qashqai-nin hansı güc bloklarını alacağı məlum deyil. Avtomobilin hazırkı versiyası 140 və ya 157 at gücünə malik 1,3 litrlik turbo mühərriklə təchiz edilib. Bundan əlavə, 190 at qüvvəli 1,5 litrlik mühərrikə malik hibrid versiyası da var.

Bundan əvvəl məlum olub ki, Çinin BAIC şirkəti Rusiyada BJ40 SUV-ni Taklamakan beynəlxalq rallisində qələbəyə həsr olunmuş xüsusi Champion versiyasında satmağa başlayıb.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki