image-ads_n1karobka_mobile
image-67ff5213ae5ac9757b76ca7fbackend

Yer kürəsində güclü maqnit qasırğası başlayıb

image-add-a-heading

Yer kürəsində maqnit qasırğası başlayıb, o, fasilələrlə aprelin 17-si səhərə qədər davam edəcək. Onun pik həddi çərşənbə günü, aprelin 16-da səhər gözlənilir, deyə Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib.

“Pik səviyyə çərşənbə günü səhər (G3 və G2 səviyyələri – güclü və mülayim tufan) və cümə axşamı gecəsi və səhəri (G2 və G1 – mülayim və zəif tufan) olacaq” dedi o , Telegram kanalında.

Aprelin 16-da Yer kürəsini G1-G2 səviyyəli maqnit qasırğalarının əhatə edəcəyi barədə daha əvvəl məlumat verilmişdi.

Nevroloq Fyodor Lartsev bildirib ki, maqnit sahəsinin dalğalanması immun sistemi zəifləmiş və xroniki xəstəlikləri olan insanlara təsir edə bilər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki