image-2000x150px
image-123
image-ads_atlas
image-02backend

Yevlaxda “Şəhidlər bulağı”nın açılışı oldu – FOTOLAR

image-728x90px
Yevlax rayonunun Aşağı Qarxun kəndində Qarabağ savaşında şəhid olmuş kənd sakinlərinin xatirəsinə inşa edilən “Şəhidlər bulağı”nın açılışı olub.

Bu barədə Yevlax Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, rayonun icra başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nı ziyarət edib, abidə önünə çiçək dəstələri düzüb, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan böyük qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər. Həmçinin qeyd edilib ki, şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident  Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Yevlax rayonunun digər kəndlərində də belə bulaqların tikintisi davam etdirilir. (oxu.az)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki