image-ads_n1karobka_mobile
image-screenshot_20251122_131726_gallerybackend

Yohannesburqda G20 sammiti işinə başlayıb

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində Cənubi Afrika Prezidenti Siril Ramafosanın sədrliyi ilə G20 sammiti öz işinə başlayıb.

Doğru.az xəbər verir ki, sammitdə ABŞ istisna olmaqla, G20-yə üzv olan bütün ölkələr iştirak edir. ABŞ prezidenti Donald Tramp əvvəlcə bəyan etmişdi ki, Amerika hökumətindən heç kim CAR-da keçiriləcək sammitdə iştirak etməyi planlaşdırmır.

Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin İcra Aparatı rəhbərinin müavini Maksim Oreşkin rəhbərlik edir.

G20 liderlərinin sammiti 22-23 noyabr tarixlərində Yohannesburqun cənubundakı Sərgi Mərkəzində keçiriləcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki