Amerikanın “YouTube” videohostinqi Rusiyada masaüstü versiyası ilə işləyən əksər brauzerlərdə HD keyfiyyətdə videoların nümayişini dayandırıb.
TASS xəbər verir ki, xüsusilə yüksək keyfiyyətli videolar Google Chrome, Mozilla Firefox, Mi Browser və Opera brauzerlərində oynanılmasını dayandırıb.
Eyni zamanda, yüksək keyfiyyətli videolar hələ də Yandex brauzerində və Safari-nin masaüstü versiyasında oxutmaq üçün mövcuddur.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova YouTube-a qarşı tədbir görülməsinin tutarlı səbəblərini açıqlamışdı.
DOĞRU.AZ

























