YouTube Rusiyada bəzi istifadəçilər üçün fəaliyyətini dayandırıb. Tətbiqdə nə əsas səhifə, nə də videolar yüklənmir və vebsayt da açılmır.
Downdetector portalından alınan məlumatlar da YouTube-un işində çoxsaylı nasazlıqları göstərir. Saat 09:00 radələrində şikayətlər artmağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl YouTube-a qarşı tədbir görülməsi üçün ciddi səbəbləri açıqlamışdı.
YouTube ilə bağlı problemlər fonunda VK Video tətbiqinin endirilmə sayı orta aylıq göstərici ilə müqayisədə 4,5 dəfə artıb.
Mənbə TASS

























