image-2000x150px
image-123
image-ads_atlas
image-1536037279_3backend

Yunan mətbuatı: “Türkiyə irəliləyir” panikası!

image-728x90px
Türkiyənin hərbi inventarının inkişafı və türk müdafiə sənayesinin qarşısıalınmaz yüksəlişi Yunanıstan tərəfindən narahatlıqla izlənilir.

Türkiyənin imzaladığı yeni müdafiə müqavilələri ilə irəlilədiyini yazan Yunan mətbuatı yeni bir “səlib yürüşü”nə işarə edərək, Türkiyənin Avropadan silah sistemləri alması ilə bağlı yazılarla Avropa Komissiyasının məhdudiyyətlər və şərtlər tələb etməsi lazım olduğunu iddia edib.

Yunan mətbuatı Türkiyə ilə ABŞ arasında imzalanan F-16 müqaviləsinə toxunaraq, Türkiyənin “tam sürətdə” irəliləməkdə qərarlı göründüyünü bildirib .

Xəbərdə Türkiyə Yaxın Şərq, Aralıq dənizi və həmçinin Egeydə nəzərə alınacaq hərbi güc olaraq qeyd edilib.

Türkiyənin hərbi müdafiəsini şaxələndirməsinin Yunanıstanın maraqları üçün təhlükəli olduğu bildirilib.

Prezident Ərdoğanın İspaniyaya səfərini təsirli adlandıran Yunan mətbuatı , “Türkiyə və İspaniya TCG Anadolu-dan sonra ikinci təyyarə gəmisinin birgə inşası, həmçinin pilotsuz sualtı qayıqların inşası və böyük İHA-ların istehsalı ilə bağlı öhdəlik götürüblər” dedi .

Türkiyənin Aİ-yə üzv dövlətlərlə ikitərəfli müdafiə əlaqələrini sistemli şəkildə yaxşılaşdırdığı, Ankaranın Avropada daha çox şəxsi dost və müttəfiqlər qazandığı qeyd edilib.

Yunanıstanın baş naziri Mitsotakisi sadəcə Türkiyənin hərbi yüksəlişini izləməkdə günahlandıran Yunan mətbuatı yeni bir “səlib yürüşü”nə işarə edərək, bu yeni dövrdə Türkiyənin Avropadan silah sistemləri alması ilə bağlı yazılarla Avropa Komissiyasının məhdudiyyətlər və şərtlər tələb etməsinə diqqət çəkib .

MƏNBƏ: STAR

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki