ABŞ-ın Ermənistanın Rusiyadan üz döndərmək istəməsi ilə bağlı bəyanatları əsassızdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya ilə Ermənistan arasında əsrlər boyu formalaşmış əlaqələr Qərbin onları yorulmadan məruz qoyduğu bütün güc sınaqlarına tab gətirəcək.
Zaxarova onu da əlavə edib ki, Birləşmiş Ştatlar dünya ictimaiyyətinin gözü qarşısında Vaşinqtona lazım olan “reallığı” uydurmağa çalışır, bunun əslində baş verənlərlə heç bir əlaqəsi yoxdur.
“Tarix boyu biz dəfələrlə qardaş erməni xalqına çiyin-çiyni vermişik və gələcəkdə də bunu etmək niyyətindəyik”, RİA Novosti diplomatın sözlərini yazır.
Bundan əvvəl Zaxarova bildirib ki, ABŞ Cənubi Qafqazda hökumət sistemini tabe etməyə , resurs bazasına nəzarət etməyə və tranzit potensialından istifadə etməyə çalışır.
Bundan əlavə, Aİ-nin Ermənistan Silahlı Qüvvələrinə dəstək üçün vəsait yönəltməklə öz dağıdıcı təsirini Zaqafqaziyada yaymağı planlaşdırdığı da bildirilirdi.
Mənbə RİA Novosti