image-n1karobka_ads
image-123
image-68073a61ae5ac93c523276e0backend

Zaxarova Tsereteli haqqında: əsl xalq diplomatı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova heykəltəraş Zurab Tseretelinin ölümünə münasibət bildirib və onun sadəcə dünya şöhrətli rəssam deyil, əsl xalq diplomatı olduğunu qeyd edib.

O, bu barədə Telegram-da yazıb.

“Dünya şöhrətli rəssam, sülhün möhkəmləndirilməsi və yaradıcılığın dəstəklənməsi yolunda heç bir sərhəd və maneə tanımayan ictimai xadimdir.

O, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib, Tseretelinin təkcə insanların deyil, dünyanın müxtəlif yerlərində olan əsərlərində də yaşayacağını bildirib.

“Biz bu Pasxa günlərində onun ruhunun dincəlməsi üçün dua edirik”, – XİN nümayəndəsi əlavə edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki