image-n1karobka_ads
image-123
image-vn20251108_172901-1backend

Zəfər Gününə həsr olunmuş “Əsrlərlə rənglənmiş Azərbaycan” sərgisi – FOTO/VİDEO

image-ad_qayo_720x110px

Müasir İnnovasiyalar Liseyində Zəfər Gününə həsr olunmuş “Əsrlərlə rənglənmiş Azərbaycan” adlı bədii sərgi keçirilib.

Doğru.az bildirir ki, tədbir liseyin təsviri incəsənət müəllimi Sura İbrahimovanın təşəbbüsü ilə təşkil olunub.

Sərgidə şagirdlər Azərbaycan incəsənətinin zəngin və çoxəsrlik irsini öz yaradıcılıqları vasitəsilə ifadə ediblər. Qədim şəbəkə sənəti, xalçaçılıq, dulusçuluq, miniatür rəsmlər, Qobustan qaya təsvirləri və kəlağayı kimi mövzular gənc rəssamların fırçasında yenidən canlanıb. Onların hazırladığı əl işləri və kətan üzərində çəkilən rəsmlər həm müəllimlər, həm də valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Sərgi boyunca milli musiqi və rəqslər səslənib, şagirdlərin pianoda ifaları tədbirə xüsusi bir ruh qatıb. Zəfər Gününün mənəvi dəyərini əks etdirən bu anlar hər kəsdə qürur və vətən sevgisi hissi oyadıb.

Tədbirin müəllifi və təşkilatçısı Sura İbrahimova bildirib ki, sərgiyə hazırlıq prosesi bir neçə ay davam edib və uşaqlar bu müddət ərzində həm sənətkarlıq bacarıqlarını, həm də milli dəyərlər barədə biliklərini artırıblar:

“Şagirdlərim çox istedadlı və zövqlüdürlər. Onların hər birinin işində həm səmimiyyət, həm də vətənə dərin sevgi hiss olunur. Mən onlarla qürur duyuram və inanıram ki, gələcəkdə Azərbaycan incəsənətinə öz imzalarını atacaqlar.”

Sərgidə iştirak edən qonaqlar da bildiriblər ki, bu kimi tədbirlər məktəblilərin yaradıcılıq potensialını üzə çıxarmaqla yanaşı, onlarda milli kimliyə və mədəni irsə sevgi hissini daha da möhkəmləndirir.

“Əsrlərlə rənglənmiş Azərbaycan” sərgisi bir daha sübut etdi ki, gənc nəsil milli dəyərləri sadəcə qorumaqla kifayətlənmir, onları yaradıcılıqları ilə gələcəyə daşıyır.

DOĞRU.AZ

image-img-20251108-wa0090image-img-20251108-wa0088 image-img-20251108-wa0091

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki