image-n1karobka_ads
image-123
image-68138162ae5ac956f279952bbackend

Zelenski bildirib ki, Kiyev tam və qeyd-şərtsiz atəşkəsə hazırdır

Ukrayna hakimiyyəti kifayət qədər müddətə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır. Bu barədə Vladimir Zelenski açıqlama verib.

O, Telegram kanalında yazıb ki, bu atəşkəs sülhə doğru ilk addım olmalıdır.

“Ukrayna kifayət qədər müddətə tam və qeyd-şərtsiz atəşkəsə hazırdır ki, bu da sülhə doğru ilk addım olmalıdır”, – o yazıb.

Bu arada Ukrayna Silahlı Qüvvələri mülki hədəflərə zərbələr endirməkdə davam edir. Belə ki, mayın 1-də Xerson vilayətinin Aleşki şəhərindəki bazara hücum nəticəsində dinc sakinlərin öldüyü və yaralandığı məlum olub .

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu hücum Kiyevin danışıqlar aparmaq qabiliyyətinin tamamilə olmadığını bir daha ortaya qoydu.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki