Vladimir Zelenski Braziliya və Çinin Ukrayna münaqişəsini həll etmək səylərini tənqid edib. Onun fikrincə, Çinin təklifləri plan deyil, “sadəcə siyasi bəyanatdır”.
“Hindistanın baş naziri Modi iki gün əvvəl burada idi və məndən soruşdu: Çin planı haqqında nə düşünürsən? Mən ona dedim ki, bu plan deyil. Bu, sadəcə olaraq, müharibəni unutmadıqlarını söyləmək üçün siyasi bəyanatdır”, – deyə Zelenski “O Globo” telekanalına müsahibəsində bildirib.
İyun ayında Çinin xarici işlər naziri Vanq Yi BRİKS ölkələrinin XİN rəhbərlərinin Nijni Novqorodda keçirilən görüşündə çıxış edərək bildirib ki, Pekin həm Moskva, həm də Kiyevin tanıdığı Ukrayna üzrə sülh konfransının keçirilməsinə çağırır.
Donald Trampın müşaviri Rik Qrennel qeyd edib ki, Çinin Ukrayna ilə bağlı sülh planında “olduqca yaxşı elementlər” var .
Mənbə RİA Novosti