image-n1karobka_ads
image-123
image-ictimai_2ee68923de9006905b415226432aa2ff_whlra0kfqbtsu2m6oi7e-620x460backend

Zelenski Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ-a gedəcək

image-ad_qayo_720x110px

Vladimir Zelenski Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərbin uzaqmənzilli silahlarından istifadə etmək üçün şəxsən icazə istəmək üçün ABŞ-a getmək niyyətindədir.

Bu bəyanat Almaniyanın Bild nəşrində dərc olunub.

Məqalədə deyilir: “Zelenski yaxın bir neçə həftə ərzində ABŞ-a səfər edəcək və orada öz strategiyasını həm ABŞ prezidenti Co Baydenə, həm də prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək”.

Bundan əvvəl Zelenski ABŞ-ın Ukraynaya HIMARS raketlərinin tədarükünü üç dəfə artırdığını bildirib.

O, həmçinin Qərbi Ukraynada Rusiya pilotsuz təyyarələrini vurmaq istəmədiyinə görə qınayıb.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki