image-n1karobka_ads
image-123
image-2023-10-03t184250z_838049818_rc2ad3a8ajdb_rtrmadp_3_ukraine-crisis-biden-call-pic_32ratio_900x600-900x600-79870backend

Zelenski və Bayden tezliklə görüşə bilər

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski arasında yaxın vaxtlarda görüş baş tutacaq.

Bunu Reuters agentliyinə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken deyib ki, Bayden və Zelenski arasında görüş yaxın həftələrdə baş tuta bilər.

Həmçinin, Amerika xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Vaşinqton İsveçrədə Ukrayna tərəfinin “sülh sammiti” adlandırdığı qarşıdan gələn tədbiri tam dəstəkləyir və orada çoxlu sayda iştirak etməyi planlaşdırır.

Bundan əvvəl Vladimir Zelenski Rusiyanın Xarkov vilayətinə hücumu fonunda onun iştirakı ilə bütün beynəlxalq tədbirlərin təxirə salınması barədə göstəriş vermişdi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki