image-n1karobka_ads
image-123
image-shutterstock_1168797199-pic_32ratio_900x600-900x600-28797backend

Zimbabve ruslar üçün vizasız rejim tətbiq edə bilər

image-ad_qayo_720x110px

Rusiya Xarici İşlər Nazirliyi Afrika ölkələri ilə viza prosedurlarının sadələşdirilməsi üzrə davam edən danışıqlar barədə məlumat yayıb.

“İzvestiya” qəzeti yazır ki, belə ölkələrdən biri Zimbabvedir.

Rusiyanın bu respublikadakı səfirliyinin nümayəndələri qeyd ediblər ki, hazırda müvafiq sazişin imzalanması prosesi inkişaf mərhələsindədir.

Son illər Rusiyadan Afrika ölkələrinə turist axınında artım müşahidə olunur. Tur operatorları Cənubi Afrika, Mozambik, Namibiya, Madaqaskar və Zimbabveni rusiyalı səyahətçilər arasında populyar istiqamətlər kimi qeyd edirlər.

“İzvestiya” Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələrindən öyrənib ki, afrikalı tərəfdaşlarla viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır. Hazırda bir neçə ölkə ilə qısamüddətli səyahətlər üçün viza tələblərinin ləğvi ilə bağlı razılaşmalar mövcuddur və digər Afrika ölkələri ilə də oxşar sazişlər üzrə danışıqlar aparılır.

Mənbə: gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki