Axşam.az xəbər verir ki, uzun müddət küsülü olan müğənni Sevda Əliqızı və aparıcı Elgiz Əkbər nəhayət barışıb. Sevda aparıcının proqramına qonaq olub və aralarındakı gərginliyi canlı yayımda açıqlayıblar.
Elgiz Əkbər etiraf edib ki, əvvəlcə çox incinib və “Deyirdim ki, 100 il keçsə də barışmaram” deyirmiş. Lakin bir məkanda təsadüfən üz-üzə gələndən sonra vəziyyətin fərqli olduğunu anlayıblar:
“Görüşəndən sonra yadımıza düşdü ki, küsülüyük.”
Müğənni Sevda Əliqızı isə əlavə edib:
“Səndən küsmək mümkün deyil. Mən də deyirdim ki, heç vaxt barışmaram, arada mərdimazar oldu.”
Onlar küsülüyün səbəbini açıqlamayıblar, ancaq aralarındakı anlaşılmazlıq aradan qalxıb.
DOĞRU.AZ