image-n1karobka_ads
image-123
image-1747801965282097724_1200x630backend

Bakının bir sıra magistral və mərkəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paylaşılıb. Hazırda aşağıdakı yollarda nəqliyyatın intensivliyi yüksəkdir:

1. 8 Noyabr prospekti – Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəzə doğru;

2. Ziya Bünyadov prospekti – Əhməd Rəcəbli küçəsindən Atatürk prospektinədək;

3. Yusif Səfərov küçəsi – mərkəz istiqamətində;

4. Alı Mustafayev küçəsi – Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi – “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Tbilisi prospekti – “20 Yanvar”dan mərkəzə doğru;

7. 28 May küçəsi – Puşkin küçəsindən Rəşid Behbudov küçəsinədək;

8. Koroğlu Rəhimov küçəsi – Gülarə Qədirbəyovadan Həsən Əliyev küçəsi istiqamətində;

9. Afiyəddin Cəlilov küçəsi – Yusif Səfərov istiqamətində;

10. Mikayıl Müşfiq küçəsi – “Badamdar” dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

11. Heydər Əliyev prospekti – əsas və köməkçi yollarda, mərkəzə doğru;

12. Üzeyir Hacıbəyli küçəsi – Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. Rəşid Behbudov küçəsi – Mərkəzi Bank istiqamətində.

Sürücülərə alternativ yolları seçmələri və səbirli olmaları tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki