Almaniya iki Patriot zenit-raket kompleksini Ukraynaya verməyə hazır olduğunu açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Romada Ukraynanın bərpasına dair keçirilən konfransdan sonra bildirib.
Romada keçirilən donorlar konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Ukraynanın Yenidənqurulması üzrə Avropa Fondunun yaradılmasını elan edib.
Almaniya hakimiyyəti Vaşinqtonun Ukraynaya silah tədarükünü dayandırmasını kompensasiya etmək məqsədilə alternativ yollar axtarır.
DOĞRU.AZ