image-2000x150px
image-123
image-ads_atlas
image-thumbs_b_c_b91b9582767dd4721a15c27688ecc792backend

14 ildən sonra İsrail prezidenti Türkiyəyə gedib – FOTO

image-728x90px

İsrail prezidenti İsaak Hersoq rəsmi danışıqlar aparmaq üçün Ankaraya gedib.

Prezident və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarə “Esenboğa” hava limanına enib. Təyyarənin üzərindəki zeytun budağı təsvirləri və “sülh” yazısı diqqət çəkib.

Herzoqu hava limanında prezidentin mətbuat katibi İbrahim Kalın və digər rəsmilər qarşılayıb.

Daha sonra dövlət başçısı onu müşayiət edən nümayəndə heyəti ilə Anıtkabiri ziyarət edib. Mustafa Kamal Atatürkün məqbərəsinə gələn Hersoq məqbərəyə əklil qoyub və bir dəqiqəlik sükutla onun xatirəsini yad edib.

Bir müdddət sonra Hersoq Prezident İqamətgahında Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Nümayəndə heyətləri arasında baş tutacaq görüşdən sonra Ərdoğan və Hersoq birgə mətbuat konfransı keçirəcək.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən açıqlamaya görə, 9-10 mart tarixlərində baş tutansəfər zamanı ikitərəfli əlaqələr bütün ölçüləri ilə nəzərdən keçiriləcək.

İsrail tərəfinin verdiyi bəyanatda bildirilib ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi potensialının müzakirə edilməsi nəzərdə tutulub.

Danışıqlardan sonra Hersoq prezident Ərdoğanın onun şərəfinə verəcəyi rəsmi şam yeməyinə qatılacaq və axşam saatlarında İstanbula yola düşəcək.

Prezident Hersoq sabah İstanbulda yəhudi icmasının üzvləri ilə görüşəcək.

Qeyd edək ki, Hersoq 2008-ci ildən Türkiyəyə səfər edən ilk İsrail lideridir.

Mənbə: “Anadolu”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki