19FortyFive nəşri yazır ki, Rusiyanın Tu-160 strateji bombardmançı təyyarəsi Rusiya hava donanmasının güclü silahı olmaqda davam edir.
“2025-ci ildə Tu-160 Rusiyanın strateji bombardmançı təyyarələrinin əsas komponenti olaraq qalacaq”, – nəşr yazır.
Materialın müəllifi təyyarənin yüksək parametrlərini də qeyd edib: o, 2 min km/saata qədər sürət yığmağa qadirdir, döyüş radiusu isə 7,3 min km-ə çatır.
Bundan əlavə, Tu-160 müxtəlif növ qanadlı raketləri, o cümlədən nüvə silahlarını daşıya bilər ki, bu da onun strateji potensialını daha da artırır.
“National Interest” daha əvvəl bildirmişdi ki, Tu-160-ın modernləşdirilməsi ABŞ-ın Rusiyanı ciddi şəkildə qiymətləndirmədiyini göstərir.
DOĞRU.AZ