image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220430_161310_006backend

30 ildə 30-cu dəfə…

image-728x90px

Azərbaycan Kubokunun 30 illik tarixində 30-cu dəfə penaltilər seriyasına müraciət olunub.

Doğru.Az xəbər verir ki, bu, “Neftçi” və “Zirə” arasında yarımfinalın cavab oyununa təsadüf edib.

Hər iki matçda qolsuz bərabərlik qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə istifadə edilib. Bu, cari mövsümün ilk penaltilər seriyasıdır. Yarımfinalda isə qalib 6-cı dəfə penaltilərlə müəyyənləşib.

Sonuncu belə hadisə ötən mövsümün yarımfinalında baş verib. Həmin vaxt “Sumqayıt” iki qolsuz heç-heçədən sonra “Qarabağ”ı mübarizədən kənarlaşdırıb – 5:4.

Qeyd edək ki, 11 metrlik cərimə zərbələrində daha dəqiq (4:2) oynayan “Zirə” finalda “Qarabağ”a rəqib olub.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki