image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210425_192354_952backend

Messinin 7,3 milyon dollarlıq yeni evi

image-728x90px
“Barselona”nın kapitanı Lionel Messinin ailəsi ABŞ-ın Florida ştatında elit mənzil alıb.

Doğru.az “The Real Deal”a istinadən xəbər verir ki, ev Sanni-Ayls-Biç şəhərinin Kollinz küçəsindəki çoxmənzilli binanın bütün 9-cu mərtəbəsində yerləşir. Argentinalı hücumçu isə bu mənzili almaq üçün 7,3 milyon dollar xərcləyib. Mənzildə 4 yataq otağı, 4 vanna otağı, 195 kvadratmetr terras və 1 000 şüşə qablıq şərab soyuducusu var. Alış 34 yaşlı oyunçunun ailəsinin Sanni-Aylsin 10 blok cənubunda “Porsche Design Tower”dəki mənzil üçün 5 milyon dollar ödəməsindən 2,5 il sonra baş verib. Mənzilin alışına Lionelin atası Xorxe Messi cavabdeh olub.

Qeyd edək ki, Lionel Messini 2020-ci ildə “Forbes”in hazırladığı ən çox qazanan idmançıların siyahısında 3-cü olub (104 milyon avro)

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki