image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210426_223738_006backend

ÇL-na bu klublar vəsiqə qazandı

image-728x90px
İspaniyanı 2021/2022 mövsümündə UEFA Çempionlar Liqasında (ÇL) təmsil edəcək komandalar bəlli olub.
 

Doğru.az xəbər verir ki, “Atletico” (Madrid), “Real Madrid”, “Barcelona” və “Sevilla” sona 5 tur qalmış ÇL-na vəsiqəni təmin ediblər.

Bunlardan başqa, La Liqanın daha bir təmsilçisi “Villarreal” da növbəti mövsüm ÇL-də çıxış edə bilər. Bunun üçün komanda hazırda çıxış etdiyi Avropa Liqasının qalibi olmalıdır.

Qeyd edək ki, hazırda La Liqada turnir cədvəlinə 73 xalla “Atletico” başçılıq edir. Hərəyə 71 xalı olan “Barcelona” və “Real Madrid” ikinci-üçüncü yerləri bölüşdürür. “Sevilla” isə 70 xalla 4-cü sırada qərarlaşıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki