image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210509_210417_999backend

4 para-taekvondoçumuz lisenziya sahibi olub

image-728x90px
Para-taekvondo yığmamız, Sofiya şəhərində keçirilən Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa təsnifat turnirində uğurlu nəticə əldə edib. Belə ki, dörd idmançı ilə yarışa qatılan komandamızmın hər bir üzvü lisenziya sahib olub.

Doğru.az xəbər verir ki, kişilərin mübarizəsində yarımfinal mərhələsindən başlanan döyüşlərdə Əbülfəz Abuzərli (K-44 75 kq) yunanıstanlı Va Panagiotopoulosu 58:1, finalda isə britaniyalı Josep Laneyə 53:43 hesabı ilə qalib gəlib.

İmaməddin Xəlilov (K-44 61 kq) da yarımfinaldan başlayan döyüşündə finlandiyalı idmançı Matti Sairaneni (19:3), ardında da isralli Asaf Yasuru 29:17 hesabı ilə məğlub edib.

Qadınlardan Fətəliyeva Röyalə (K-44 49 kq) gürcü idmançı Lia Çaçibalaya 31:4, Aynur Məmmədova (K-44 58 kq yuxarı) isə ispaniyalı Daila Santiaqoya qızıl xalda qalib gələrək yarışın qalibi olub.

Beləliklə, para-taekvondo millimizin dörd üzvü Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək.

Azərbaycan Taekvondo Federasiyasının rəhbər heyətini, məşqçi-müəllimlər və idmançıları, taekvondo ailəmizi təbrik edir, Olimpiya Oyunlarında komandamıza uğurlar arzulayırıq!

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki