image-n1karobka_ads
image-123
image-1603454485-1603460055backend

Azərbaycanın daha bir ölkədə səfirliyi açılır – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. 

Bununla bağlı prezident.az saytı məlumat yayıb.

Bundan başqa, dövlət başçısı Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki