image-2000x150px
image-123
image-ads_atlas
image-1618061531941_8dbbv3xhbackend

İlham Əliyev Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişinin təsdiq edilməsi haqqında Fərman imzalayıb

image-728x90px

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Bu barədə AZƏRTAC məlumat yayıb.

Fərmana əsasən:

1. 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki