image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210826-wa0002backend

Mehriban Əliyeva Tokio-2020-də uğur əldə edən idmançılarımızı təbrik edib – FOTO

image-728x90px

“Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram”.

Bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz “Instaqram” səhifəsində yazıb.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.

Azərbaycanın para-atleti Elvin Astanov isə nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki