image-2000x150px
image-123
image-ads_atlas
image-img_20211204_092136_843backend

Azərbaycanlı hakimlər VAR kursunda iştirak edəcəklər

image-728x90px
FIFA-nın təşkil etdiyi VAR (video-köməkçi hakim) kruslarına qatılan Azərbaycan hakimlərinin adları bəlli olub.

AFFA Hakimlər Departamentinin rəhbəri Cavid Cəlilovun Doğru.az-a verdiyi məlumata görə, kurslarda Premyer Liqada idarəçilik edən bütün referilər və I Divizionun 3 ədalət təmsilçisi iştirak edirlər.

Həmin hakimlərdən Elçin Məsiyev, Əliyar Ağayev, Rauf Cabbarov, Kamal Umudlu, Rəşad Əhmədov, Rauf Allahverdiyev, İnqilab Məmmədov, Vüqar Həsənli, Ravan Həmzəzadə, Fərid Hacıyev Premyer Liqa, Nicat Ismayılli, Tural Qurbanov, Cavid Cəlilov I Divizionda oyunları idarə edirlər.

Cəlilov bildirib ki, dekabrın sonunda seminarın daha bir mərhələsi olacaq və ondan sonra hakimlərə sertifikat veriləcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VAR sistemindən 2022-ci ilin fevralından istifadə olunacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki