image-2000x150px
image-123
image-ads_atlas
image-eb6yqyywwaexvscbackend

Hindistanda ordunun əməliyyat səhvinə görə 14 nəfər həlak oldu

image-728x90px

Hindistan ordusunun ölkənin şərqindəki Naqaland ştatında keçirdiyi xüsusi əməliyyat zamanı 14 nəfər, o cümlədən 13 mülki şəxs həlak olub.

Bu barədə 3-cü Ordu Korpusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ordu qadağan olunmuş Naqaland Milli Sosialist Şurasının üzvlərini pusquya salıb, lakin səhvən kömür mədənindən yerli işçilərin evə döndüyü pikapı atəşə tutub.

Naqalandın baş naziri Neifiu Rio həlak olanların ailələrinə başsağlığı verib və yüksək səviyyəli komissiyanın məsələni araşdıracağını bildirib.

“RİA Novosti”

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki